Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt"a məğlub olan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı komandada problemlərin olduğunu bildirib:
"Bu mövsüm ən pis oyunumuzu oynadıq. Komanda daxilində problemlər var. Bu problemi tapmalıyıq. Keyfiyyət baxımından “Sumqayıt” bizdən daha üstündür. Amma çalışdıq, əlimizdən gələni etdik. Oyunçular oyuna tam köklənmişdi. Əsas səbəblərdən biri psixoloji vəziyyətdir. Bəlkə də psixoloji durumumuz bu cür olmasaydı, bu yerlərdə olmazdıq."
Qarşıdakı matçlar haqqında danışan mütəxəsis bu fikirləri səsləndirib:
"Qarşıdaki matç ev oyunumuzdur. Çalışacağıq maksimum dərəcədə xal alaq. Rəqibə baxmadan, çəkinmədən öz oyunumuzu oynamağa çalışacağıq”.